Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Hindistanda 74 yaşlı qadın ana oldu – 54 illlik övlad həsrəti möcüzə yaratdı - Video

Hindistada tibb dünyasında maraqla qarşılanan daha bir unikal hadisə baş verib.

Bizimyol.info xəbər verir ki, ölkənin Andhra-Pradeş ştatının sakini Erramatti Manqayamma süni mayalanma yolu ilə 74 yaşında ana olub.

Bununla da o 2008-ci ildə əkiz dünyaya gətirən 70 yaşlı hindistanlı Omkari Panvarın rekordunu təzələyib. Yeri gəlmişkən Omkari Panvar hazırda 11 yaşlı qızları ilə özünü xoşbəxt hiss edir.

E.Manqayamma və onun 80 yaşlı əri Raya Rao 22 mart 1962-ci ildə ailə qurublar. Onlar 57 il uşaq həsrəti çəkib, nəhayət, cari ilin yanvar ayında qadın süni mayalanma yolu ilə hamilə qalıb.

E.Manqayamma uşaqlara süd verə bilmədiyi üçün süd donor bankından götürüləcək.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »