Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Müasir dünyada dahi uşaqları necə yetişdirirlər?

 Bizimyol.info ABŞ və İsraildə kibertəhlükəsizlik üzrə ixtisaslaşmış “Kernelios” şirkətinin vitse-prezidentinin ən nüfuzlu elmi nəşrlərdən olan “İsraildə elm və həyat” jurnalında dərc edilmiş məqaləsini təqdim edir. Uşağın əqli və sosial inkişafını kompüterdən uzaq qalmaq qədər heç nə geri salmır.

Əksinə ağıllı valideyn uşağına ən müasir və çoxfunksiyalı planşet hədiyyə etməlidir. Bir çox valideynlər uşağın kompüter və ekran qarşısında çox oturmasından narahat olub, bunun azyaşlının sosial bacarıqlarını, fiziki və psixoloji sağlamlığını zədələdiyini düşünürlər. Lakin mütəxəssislər hər şeyin əksinə olduğunu söyləyirlər. İndiki insanların uşaqlıq dövrü 30 il öncəki nəslin uşaqlıq dövründən çox fərqlənir. Çünki sosial ünsiyyət məhəllədəki oyunlar səviyyəsindən virtual aləmə transfer edib. Bu aləm də bu dünyaya yad olan valideynlər üçün qaranlıq və qorxunc görünür.

Hazırki dövrdə uşağı ekran və planşetdən uzaq salmaq, müasir dünyanın böyük addımlarla irəliyə, texnologiyalar aləminə girdiyi bir zamanda onu bir nəsil geri salmağa bərabərdir. Etiraf etmək lazımdır ki, 20 il sonra bizim həyatımızı süni intellekt idarə edəcək, bu gün mövcud olan bir çox peşələr yoxa çıxacaq. Texnoloji tərəqqi valideynlərin boynuna uşaqların rəqəmsal dünya ilə sürətlənmiş təmasına kömək etmək vəzifəsini qoyur.Bu uşağın gələcəkdə bir addım irəlidə getməsinə yardım edəcək. Yaşlı və orta nəslin böyüdüyü məhəllə müdrikliyi indi virtual aləmdə boy göstərir. İni bir çox sosial bacarıqları sosial çarxlara baxaraq və ya intenet üzərindən ünsiyyətlə əldə etmək mümkündür.

Əlbəttə bu zaman valideynin iştirakı və nəzarəti lazımdır və uşağı lazımsız, təhlükəli kontentdən qorumağın yolları var. İsrailli mütəxəssilər deyirlər ki, istənilən sosial şəbəkəni internet provayderə zəng etməklə məhdudlaşdırmaq olar, lakin təhlükəsinə görə texnoloji proqresdən uzaq durmaq olmaz Əksinə uşağa təhlükələri və bütün yenilikləri öyrətmək lazımdır.

Bütün bunlar onun gələcəyi üçün topladığı xəzinə hesab oluna bilər. Uşağın uzun saatlar televizor qarşısında oturmaması və faydasız internet oyunlarına, gərəksiz yazışmalara qapılmaması üçün mütəxəssislr onu yeni texnologiyalarla, mürəkkəb texnoloji tapşırıqlarla zəngin olan “Bayrağın ələ keçirilməsi” kimi internet oyunları ilə tanış etməyi təklif edirlər.Uşağı kibertəhlükəsizlik, proqramlaşdırma, hay-tek dərnəklərinə yazdırmaq olar. Bu uşağın gələcək uğurlarının əsasını qoyacaq. Müasir dünyada reallıqlar dəyişib. İndi analar uşağlqarını yalnız həkim, pilot olmaq üçün hazırlamalı deyillər,həm də çalışmalıdırlar ki, onların övladları elektron kəşfiyyat və ya hay-tek bölümlərində boy göstərsinlər.Asan olmasa da yaxşı gəliri və gələcəyi olan bir peşədir.

Tərcümə etdi: İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »