Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fransada xəstəxanada ölən kişinin meyiti 15 gün sonra tapıldı

Fransanın Marsel şəhərində yerləşən La Conseption xəstəxanasının koridorlarından birində ölən 73 yaşlı alzaymer xəstəsinin meyiti elə həmin xəstəxananın divarları arasında 15 gün sonra tapılıb.

Bizimyol.info xəbər verir ki, bu hadisə ölkə mediasının gündəmini zəbt edib. Xəstəxanaya iynə vurdurmağa gələn yaşlı adam daha sonra yoxa çıxıb. Onun qohumları axtarışlara başlayıblar. Ölən şəxsin oğlu Jak Maklin xəstəxanada araşdırmalar apararkən ona deyiblər ki, xəstənin iynəsini vurduqdan bir neçə saniyə sonra o dəhlizlərdə gözdən itib. Jak Maklin “ atam bir tısbağa qədər asta yeriyirdi, qoca və xəstə idi, o saniyələr içində necə yoxa çıxa bilərdi?”. Uzun axtarışlardan sonra alzaymer xəstəsi olan həmin şəxsin xəstəxananın az işlədilən dəhlizlərindən birində meyiti tapılıb.Onun 15 gün öncə öldüyü məlum olub. Hazırda polis xəstənin ölüm səbəblərini araşdırır.

İlhamə

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »