Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
"Nokia" yeni "2720 Flip" modelini təqdim edib - Video
Nokia

"Nokia" şirkəti qatlanıb açılan "Nokia 2720 Flip" modelini buraxılışını elan edib.

TASS xəbər verir ki, bu barədə "Nokia" markasının hüquqlarına malik "HMD Global" şirkətinin saytında yayılmış press-relizdə bildirilir.

Telefon Berlindəki beynəlxalq IFA elektronikası sərgisində nümayiş etdirilib. "Nokia 2720 Flip" 2,8 düym ekranına malikdir, "WhatsApp" və "Facebook" da daxil olmaqla, müasir proqramları dəstəkləyir. Bundan başqa, ona "Google"dən səs assistenti müəyyən edilib. Qurğunun üz tərəfində həmçinin kiçik ekran var.

Qeyd edilir ki, "Nokia 2720 Flip" özündə əvvəlki "qatlanıb-açılma" dizaynını, sadəliyi və etibarlılıq dizaynını birləşdirir. Yeni modelin satışına bu ay başlanılacaq.

O göy, qara və çəhrayı rənglərdə satışa buraxılacaq. "HMD Global"-ın bildirdiyinə görə, yeni modelin qiyməti 89 avro təşkil edəcək. (report)

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Azərbaycana qar yağdı - Foto
››› Telman İsmayılov erməni əsilli Avraam Russoya ağlagəlməz miqdarda pul xərcləyib
››› Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
Son xəbərlər
Bütün xəbərlər »