Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avroya inam azalır: Bizdə məzənnəsi düşüb, Rusiyada banklar qəbul etmir

Avropa İttifaqının layihələrindən olan ortaq pul vahidi özünü doğrultmur. Avroya inam çox azalıb.

Bizimyol.info xəbər verir ki, “İzvestiya” qəzeti Rusiya bank sektorunda avro ilə əmanətlərin heç qalmadığını yazıb. Konkret “Sberbank”, “Otkrıtie”, “Vozrojdenie”, “Rosbank” və “Alfa-bank”dan açıqlama da alınıb. Banklar əhalinin avroya güvənmədiyini bildirib. Yuxarıda adı çəkilənlərdən son üçü avro ilə əmanətlərin qəbulunu da dayandırıb.

Azərbaycanda da fərqli mənzərə deyil. Avroya böyük güvən hiss olunmur. Əhali əmanətləri daha çox dollarla saxlamağa çalışır. Üstəlik, son bir ayda məzənnə də kəskin dəyişib. Avro xeyli zəifləyib. Bu günlərdə 1 avronu hətta 1.85-1.86 manata qəbul edirlər. Mütəxəssislər prosesin azı bir ay çəkəcəyini proqnozlaşdırır.

Son xəbərlər
Bütün xəbərlər »