Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Afrikalı üç milyarderin qitə əhalisinin yarısından daha çox sərvəti var

“Oksfam” qeyri-hökumət təşkilatı “İki qitənin hekayəsi” adlı hesabat hazırlayıb. Hesabatda afrikalı üç milyarderin qitə əhalisinin yarısından daha çox sərvəti olduğu yazılıb.

Bizimyol.info xəbər verir ki, Afrikadan olan 3 zəngin burada yaşayan 650 milyon insandan daha varlıdır. “Oksfam”ın hesabatında bu haqda bir az da geniş məlumat yazılıb. Həmin üç milyarder isə nigeriyalı Aliko Danqote, cənubiafrikalılar -  Niki Oppenheymer və Yohan Rupertdir. Onların ümumi sərvəti 28,8 milyard dolları keçib.

Hesabatda yazılıb ki, Afrikada yaşayan 1,3 milyard insanın 22 milyonu acından ölmək həddindədir. 2030-cu ildə dünyadakı yoxsulların 87 faizi bu qitənin payına düşəcək.

Afrikaya zərbə vuran amillərdən biri də zəngin adamlarının pullarını ofşor zonalara daşımasıdır. Bu yolla hər il 14 milyard dollar vergidən yayınılır.

Son xəbərlər
Bütün xəbərlər »