Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Politoloq: “Patruşev Azərbaycana və Yerevana “dur” deməyə gəlmişdi”

Xəbər verildiyi kimi Rusiya Təhlükəsizlik Şurasının katibi, ordu generalı Nikolay Patruşev Bakıda səfərdə oldu. Səfər çərçivəsində Patruşev prezident İlham Əliyev, Azərbaycanın Təhlükəsizlik Şurasının katibi Ramil Usubovla və təhlükəsizlik blokuna daxil olan nazirliklərin nümayəndələri ilə ikitərəfli təhlükəsizlik müzakirələri apardı. Nikolay Patruşevin Azərbaycana səfərindən nə gözələmək olar, bu səfər hansısa vədlər verirmi? Bizimyol.info-nun bu və ya digər suallarını politoloq Elşən Manafov cavablandırır.

- Patruşevin Bakıya gəlişində hansısa sətiraltı məna var idimi?

- Nikolay Patruşev Rusiya Təhlükəsizlik Şurasının katibidir və onun Kremllə münasibətləri gündəlik olmasa da, həftəlik təmas xarakteri daşıyır və hazırda Rusiyada Dövlət Təhlükəsizlik Şurasının ölkəsinə təsir imkanları Prezident Administrasiyasından az deyil. Digər tərəfdən Patruşev Ermənistana da səfər edib. Son zamanlar gördüyümüz kimi Ermənistanın baş naziri Paşinyanın Qarabağla bağlı verdiyi bəyanatlar danışıqların dalana dirənməsinə səbəb olur. Faktiki olaraq bu bəyanatlar danışıqların mənasız olması anlamını verir.Danışıqların növbəti raundunun baş tutub tutmayacağı sual altına düşüb. Bu mənada Patruşev Ermənistana səfər etməklə bir mənada Paşinyanın radikal bəyanatlarına “ dur” deməyə getmiş ola bilər.Doğrudur Paşinyanın bu bəyanatları eyni zamanda ölkəsinin publikasına hesablanıb və klnalararası müharibənin nəticəsidir. Çünki Paşinyan Qarabağ hakimiyyətinə nəzarəti əldə saxlaya bilmir.

Azərbayanda da Dövlət Təhlükəsizlik Şurasında mühüm kadr dəyişiklikləri olub.Səfərdə daha bir məqsəd Patruşevin azərbaycanlı həmkarı-Təhlükəsizlik Şurasının yeni katibi Ramil Usubovla tanışlıqdır. Lakin əslində onlar bir-birlərini şəxsən tanıyırlar, xüsusən də nəzərə alanda ki, Patruşev 1999-2008-ci illərdə Federal Təhlükəsizlik Xidmətinin direktoru olanda MDB təhlükəsizlik orqanlarının rəhbərləri komitəsinə başçılıq edib və dəfələrlə prezident Putini MDB sammitlərində, Azərbaycan prezidenti İlham Əliyevlə digər görüşlərdə müşaiyət edib. Hansı ki, həmin görüşlərdə Azərbaycanın daxili işlər naziri də iştirak edirdi.

Elşən Manafov

- Bu səfər Qərbin regiona təsir cəhdləri fonunda Rusiyanın “gövdə göstərişi” kimi də görünür.

- Hazırda Qərb və Rusiya arasında MDB məkanı uğrunda mübarizə genişlənir. Son dövrlər əsas obyekt Ukrayna və Qırğızıstan idi. Gürüstanda baş verənlər Qərbin burda maraqlarının və əlinin nə qədər güclü olduğunu göstərdi. Rusiya regionda öz təsir gücünü qorumağa təbii olaraq maraq göstərir. Paşinyanın açıqlamaları Rusiyanı təmin etmir. Rəsmi Moskva ona daha diqqətli olmağı və danışıqların formatına xələl gətirməməyi tövsiyə edir.Bu səfər göstərir ki, Rusiyanın hər iki ölkəyə təsir imkanları var

-Belə çıxır ki, Patruşevin Bakıya səfərində “ Azərbaycana səbirli ol. Müharibəyə başlama, dur” mesajı da var?

- Bir mənada belə demək olar.Bu istisna deyil. Ermənistanın bu illər ərzində 18 min dəfə atəşkəsi pozması məlumdur.Bu Rusiyaya da məlumdur.Biz Qarabağda məlum rejimə qarşı antiterror əməliyyatları da apara bilərdik. Azərbaycan beynəlxalq antirerror əməliyyatlarına töhfələr verir. Lakin Azərbaycan gözəl başa düşür ki,antiterror əməliyyatlarının aparılaması üçün dünyanın müqəddaratını həll edən dövlətlərin razılığını almaq lazımdır. Beynəlxalq hüquqa ikili standartlarla yanaşıldığı bir dövrdə bu bizim xeyrimizə nəticə verməyə bilər. Beynəlxalq güclər hadisələri yalnız öz maraqları dairəsində inkişaf etdirir və sonlandırırlar.Biz bunu Liviyada, İraqda seyr etdik. Çünki biz təəssüf ki, dünyanı yönləndirən böyük yeddilik dövlətlərindən biri deyilik. Hesab edirəm ki, Qərb Ukrayna istisna olmaqla digər MDB məkanları uğrunda ciddi qarşıdurmaya getməyəcək . Qüvvələr nisbəti hazırda bölgədə Qərbin xeyrinə deyil. Tərəflər gözələmə mövqeyi tutmağa üstünlük verirlər.

İlhamə Rəsulova

Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »