Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur professordan sensasiya yaradan iddia

İsveçin paytaxtı Stokholmda Avropanın ən önəmli qastronomiya platformalarından olan “Qastro Nord” çərçivəsində təşkil olunan seminar dünya gündəminə oturub.

Bizimyol.info yerli mətbuata istinadən xəbər verir ki, seminarda insan əti yemək tövsiyəsi verilib.

Stokholm İqtisadiyyat Məktəbində İstehlakçıya Hesablanmış Marketinq Mərkəzinin idarəçisi vəzifəsini daşıyan məşhur professor Maqnus Söderlənd “TV4” kanalında yayımlanan proqramda iqlim dəyişikliyi ilə mübarizə məqsədilə insanların ölü insan ətini yeməsini məsləhət görüb.

Professor qeyd edib ki, insanlar, onsuz da, bir-birini öldürə bilir: “İqlim dəyişikliyi və davamlılıq məsələsində “altına baxmadığımız daş qalmayıb” mərhələsindəyiksə, insan əti yemək məsələsini daha çox gündəmə gətirməliyik. İnsanlar yeməyə vərdiş etmədikləri şeylər mövzusunda mühafizəkar davranırlar”.

Bu sözlər İsveçdə böyük müzakirəyə səbəb olub. Çox sayda media istifadəçisi qlobal istiləşmə və iqlim dəyişikliyinin qarşısını almaq məqsədilə ölü insan əti yemək fikrini cəfəngiyyat adlandırıb.

İstifadəçilərdən biri isə “ilk olaraq bu adamı yeyək” sözlərini yazıb.

Son xəbərlər
Bütün xəbərlər »