Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İstefada olan zabitlər qiyam qaldırdı: “Küçələrdə gecələməkdən bezmişik”

Ermənistanda istefada olan zabitlər rəsmi İrəvanın ordu siyasətinə etiraz əlaməti olaraq aksiya keçirib.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, Paşinyan hökumətinin hərbi siyasətinin erməni zabitləri üçün faciəvi nəticələr doğurduğuna diqqət çəkən zabitlər, kirayə və küçələrdə yaşadıqlarını, mənzil problemini bir neçə on ildir ki, həll edə bilmədiklərini vurğualyıb.

Özləri ilə yanaşı ailələrinin də məşəqqətli həyata məhkum edildiyini söyləyən istefada olan zabitlər, hökumətdən məlum problemi həll etməyi tələb edib. Etirazçılar hesab edir ki, İrəvanın onlara ögey münasibəti gələcəyini hərb işinə bağlamaq istəyən insanlar üçün də mənfi örnək təşkil edir və onların hərbi işə olan marağını azaldır.

Xatırladaq ki, Ermənistan ordusunda hazırda xidmət edən zabitlərin də mənzillə təmin edilməsində ciddi problemlər mövcuddur. Rəsmi İrəvanın maliyyə imkanı sözügedən problemin həllinə imkan vermədiyi üçün, düşmən ölkədə hərbçilərin vaxtaşırı olaraq bu cür etirazları müşahidə edilir.

Son xəbərlər
Bütün xəbərlər »