Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan: “Şərtlərimiz qəbul olunmasa, suriyalı qaçqınlara Avropanın qapılarını açacağıq”

“Suriya ilə sərhəddə təhlükəsiz zonayla bağlı şərtlərimiz qəbul olunmasa, qaçqınlara Avropanın qapılarını açacağıq. Bu yükü ancaq biz çəkməliyik?! Qaçqınlarla bağlı məsələdə başda Avropa İttifaqı olmaqla, yetərli dəstək almadıq”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) mərkəzi qərargahında keçirilən genişləndirilmiş iclasda deyib.

Prezident bildirib ki, 8 ildir Türkiyədə 3 milyon 650 nəfər suriyalı məskunlaşıb.

O qeyd edib ki, Qərbdəki bəzi dövlətlər kimi, ancaq 50, 100 qaçqına sığınacaq verilməyib: “İndiyə qədər qaçqınlara xərclənən vəsaitin həcmi 40 milyard dolları ötüb. Avropa İttifaqının vəsaiti bizim büdcəmizə deyil, beynəlxalq təşkilatlara yönləndilir. Bu da ümumilikdə 3 milyard avro edər, ya etməz. Onlar verdikləri vədləri pozdular. Təhlükəsiz zona mövzusunda ABŞ, Rusiya və Almaniya ilə də danışıqlarımız davam edir. Bizə təklifiniz gözəldir deyirlər, amma əməli işə gələndə, buna əməl etmirlər. Biz yenə də təklifimizdə israrlıyıq. Əfqanıstandan gələn qaçqınlar da var, bunu da nəzərə almırlar. O zaman biz də qaçqınlar üçün Avropanın qapılarını açmaq məcburiyyətində qalacağıq”.

Son xəbərlər
Bütün xəbərlər »