Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
400 milyon "Facebook" istifadəçisinin telefon nömrəsi internetə sızdı
facebook

Milyonlarla "Facebook" istifadəçisinin telefon nömrələri olan məlumat bazası naməlum şəxslər tərəfindən internetdə yayılıb.

İstifadəçilərin İD profilləri, cinsiyyəti və yaşadıqları ölkə haqqında məlumatlar da internetə sızdırılıb. İstifadəçilər barədə 419 milyondan çox yazı hamı üçün əlçatan olub. Onlardan 133 milyonu ABŞ, 18 milyonu Britaniya və 50 milyonu Vyetnam sakinlərinə aiddir.

Şirkətin məsələ ilə bağlı verdiyi açıqlamada bildirilir ki, bu, sosial şəbəkə telefon nömrələrinə girişi bağlamamışdan öncə toplanmış köhnə məlumatlardır.

"Məlumatlar artıq silinib və onların hər hansına kənar şəxslər tərəfindən baxıldığına dair heç bir sübut yoxdur", - deyə "Facebook" nümayəndəsi Cey Nankerrou bildirib.

Xatırladaq ki, bir müddət öncə istifadəçilərin şəxsi məlumatlarının sızması ilə əlaqədar "Facebook" beş milyard dollar məbləğində cərimələnmişdi. (oxu.az)

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Azərbaycana qar yağdı - Foto
››› Telman İsmayılov erməni əsilli Avraam Russoya ağlagəlməz miqdarda pul xərcləyib
››› Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
Son xəbərlər
Bütün xəbərlər »