Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukraynada doğum 40 faiz azalıb

Ukrayna əhalisi sürətlə azalan dövlətlərdəndir. Bu postsovet ölkəsində doğum 40 faiz azalıb. Bu haqda Ukraynanın yeni səhiyyə naziri Zoryana Skaletskaya məlumat verib.

Bizimyol.info xəbər verir ki, Skaletskaya ölkədə doğumun azlığından narahatlığını bildirib. O, işlədiyi dövrdə doğumla bağlı rəqəmlərin və ukraynalıların orta ömür müddətinin artırılmasının əsas prioritet olduğunu söyləyib.

Nazirin sözlərinə görə, ölkənin yetkin əhalisinin peyvəndlənməsi düzgün təşkil edilməyib. Təcili tibbi yardım və transplantologiya da bu sahəyə cavabdeh adamların böyük diqqətini tələb edir.

Ukraynada bir çox nazirlikdə rəhbər vəzifədə dəyişiklik olub. Skaletskaya əvvəllər Ukrayna Səhiyyə Nazirliyinin ictimai şurasında yer alırdı.

Son xəbərlər
Bütün xəbərlər »