Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyada neft hasilatı azalacaq

Rusiyanın energetika naziri Aleksandr Novak ölkədə sentyabr ayındakı neft hasilatının avqusta nisbətən azalacağını güman edir.

“Report” xəbər verir ki, Şərq İqtisadi Forumu çərçivəsində jurnalistlərlə görüşü zamanı nazir hasilat həcminin ölkənin OPEC+ formatı çərçivəsində üzərinə götürdüyü öhdəliklər səviyyəsində olacağını qeyd edib.

Qeyd edək ki, avqust ayında Rusiya gündəlik neft hasilatını 143 min barel azaldıb, halbuki ölkənin OPEC+ çərçivəsindəki kvotası 228 min bareldir. Bunu nazir “Drujba” (“Dostluq”) kəmərinin çirkli xammaldan təmizlənməsilə əsaslandırıb.

Xatırladaq ki, OPEC+ formatı çərçivəsində 2020-ci ilin mart ayının sonunadək qüvvədə qalacaq razılaşma çərçivəsində iştirakçı ölkələr gündəlik hasilatı 2018-ci ilin oktyabr ayına nisbətən 1,2 milyon barel azaltmalıdır.

Son xəbərlər
Bütün xəbərlər »