Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Rusiya XİN “Qarabağ Ermənistandır. Nöqtə” deyiminə münasibətini açıqladı
Mariya Zaxarova

Rusiya Xarici İşlər Nazirinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün sentyabrın 4-də keçirdiyi brifinqdə Ermənistanın baş naziri Nikol Paşinyanın Xankəndində səsləndirdiyi “Qarabağ Ermənistandır. Nöqtə” ifadəsinə şərh verib.

Virtualaz.org xəbər verir Mariya Zaxarova brifinqdə iştirak edən azərbaycanlı jurnalistlərdən birinin sualı əsasında bu haqda danışıb.

“Biz bundan çıxış edirik ki, şübhəsiz daxili ritorika var və elə daxili quruluş var ki, siyasi partiyaların, hərəkatların mövqeyini əks etdirir. Nəzərə alaraq ki, biz demokratik dövlətdən danışırıq. Və həmin sülh prosesi var və onun iştirakçıları var, məsələnin dinc yolla nizamlanmasına dair beynəlxalq səylər var. Və şübhəsiz ki, biz tərəflərin bəyanatlarının dinc nizamlanmaya yönəlmiş bu ümumi səylər kontekstinə uyğun gəlməli olduğundan çıxış edirik”,-Zaxarova deyib.

Rusiya XİN nümayəndəsi əlavə edib ki, “nifaq alması” rolunu oynayan və oynaya biləcək hər bəyanatdan sonra danışıqlar prosesində əvvəlki mövqeyə qayıtmaq həmişə çox mürəkkəb olur. Belə bəyanatlar əlavə suallar doğurur, yaxud kövrək danışıqlar prosesinin balansını pozur.

“Biz təəsüf ki, belə bəyanatları müxtəlif tərəflərdən müxtəlif səviyyələrdə eşitmişik və eşitməkdə davam edirik. Çox istərdik ki, daxili siyasi proseslərə nə qədər hörmət etsək də, demokratik modellərdə insanların istənilən mövzuda danışmaq, siyasi gündəm formalaşdırmaq hüququnun olduğunu anlayışla qarşılamaqla bərabər bütün tərəflər başlıca məqsəddən çıxış etsinlər-tezliklə dinc nizamlanmaya nail olmaq və bütün resursları bura yönəltmək”,-Mariya Zaxarova belə deyib.

Zaxarovanın şərhi brifinqin Rusiya XİN-in rəsmi saytında yer alan stenoqramından götürülüb.

Paylaş »
››› Vilayət Eyvazova ağır itki üz verib
››› Ali Məhkəmə kriminal avtoritetlərlə bağlı qərar verdi
››› Erməni general: "Paşinyan Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməsinə hazırdır"
››› Ölmüş övladını basdırarkən torpaqdan diri uşaq tapıblar – Video
››› Rəfael Cəbrayılovun tikdiyi iki bina söküləcək
Son xəbərlər
Bütün xəbərlər »