Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Ekspertlər nazirliyi sərt tənqid etdilər: “Qiymət baha, keyfiyyət aşağıdır”
2019-01-21_151003

“Azərbaycanda internetin qiyməti qonşu ölkələrdən dəfələrlə bahadır, keyfiyyət isə aşağıdır”.

Bu barədə Bizimyol.info-ya açıqlamasında “Elektron Ticarət” İctimai Birliyinin idarə heyətinin üzvü Nicat Manafov bildirib.

Nicat Manafov

Ekspert vurğulayıb ki, Azərbaycanda internetin keyfiyyətindən və informasiya texnologiyalarının inkişafından istehlakçılar narazıdır: “Buna səbəb də internetin satışı ilə məşğul olan şirkətlərdə texniki yetərsizlik və peşəkar kadr ehtiyyatının zəif olmasıdır”.

N.Manafov magistral provayderlərin sayının az olması problemini də qeyd edib: “Cəmi 2 magistral provayder var. Hansı ki ölkəyə internet onların vasitəsilə çatdırılır. Təəssüf ki, onların da qiyməti son istehlakçıya təsir eləmir. Məsələn, “DeltaTelecom” endirim etdi, amma son istehlakçıya satılan qiymətdə dəyişiklik olmadı. İnternetin keyfiyyətini də artırmadılar. Xəttlərdə internetin tutumu ilə bağlı vəziyyət də dəyişmədi. İnternetin zəif olmasının səbəbi yəqin ki, həmin şirkətlərin avadanlıqlarının və işçilərinin texniki imkanlarının zəif olmasından irəli gəlir. İnternetin qiyməti bahadır, keyfiyyəti aşağıdır”.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bizimyol.info-ya açıqlamasında bildirib ki, ölkədə internet bazarın 65 faizinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) tabeliyində olan qurumlar (Baktelecom, Aztelekom, Azeurotel , AzDataCom, Azercell ) nəzarət edir.

“Bu qurumların satdığı İnternet kifayət qədər bahadır. Məsələn, 10 manata 1 mb/s (Aztelekom – ADSL), 30 manata 5 mb/s (Aztelekom – ADSL), 30 manata 6 mb/s (Baktelecom – ADSL), 18 manata 20 mb/s (Baktelecom –OPTİK), 80 manat , 100 mb/s, (Baktelecom, OPTİK).

Müqayisə üçün qeyd edim ki, Ukraynada 6 manata 20 mb/s (ADSL+), 8 manat 100 mb/s (optik internet), Qazaxstanda 15 manata 4 mb/s (ADSL), 30 manat 200 mb/s (optik internet), Rusiyada 15 - 20 manata 150 – 500 mb/s (optik), Gürcustanda 30 manata 50 mb/s (Magticom) internet müştəriyə təklif edilir”,-deyə O.Gündüz bildirib.

Ekspert iddia edib ki, NRYTN haqsız rəqabət aparır: “Bu barədə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti də qərar qəbul edib. Özəl provayderlər sürətli internet xidməti çəkmək üçün dövlətə məxsus rabitə resurslardan istifadə edə bilmirlər. NRYTN tabeliyində olan dövlət provaydreləri isə bu resurslardan sərbəst istifadə edirlər.

Özəl provayderlərin qiymət endiriminə NRYTN tabeliyndə olan dövlət provayderləri mane olur. İnternet bazarın 65 faizinə nəzarət edən dövlət provayderləri DeltaTelecom-un 70 faiz qiymət endirimini baykot etdilər .

Müşahidələr və monitorinqlər göstərir ki provayderlər interneti topdan alanda öz müştərilərinin sayına və tələbatına uyğun həcmdə deyil, daha az trafik alırlar. Dövlət və özəl provayderlərin “çəkidə aldatma” və digər sui istifadə hallarının qarşısını almaq üçün dövlət və ictimai nəzarət güclənməidir”.

O.Gündüz deyib ki, internetin keyfiyyəti və qiyməti problemini həll etmək üçün təkliflərini irəli sürüb: “Qiyməti bazar müəyyən etmədiyinə görə NRYTN dövlət provayderlərinə göstəriş verməlidir ki qiymətlər 3-4 dəfə endirilsin. Bundan sonra özəllər bazara uyğun olaraq qiyməti endirəcəklər”.

Ramid İbrahimov, Bizimyol.info

Paylaş »
››› Gülgünü vurub öldürən şəxs bank işçisi imiş - Hadisənin videogörüntüsü yayıldı
››› Zvi Maqen: "Azərbaycanlılar rahat yata bilərlər, Livan heç vaxt İsrail dronlarını vurmayıb"
››› Azərbaycana qar yağdı - Foto
››› Telman İsmayılov erməni əsilli Avraam Russoya ağlagəlməz miqdarda pul xərcləyib
››› Rəsmi Yerevan: indi Əliyevlə Paşinyan arasında görüşə ehtiyac yoxdur
Son xəbərlər
Bütün xəbərlər »