Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Aləmdə səsim var mənim

Az qala adımı eşidən hər kəsdən aldığım ilk reaksiya: "Aləmdə səsim var mənim"

"Şamaxı yollardan başlayır... Yollar...  Sonsuz, nəhayətsiz yollar..."

Bu gün müasir Azərbaycan ədəbiyyatında daha çox tarixi romanlar müəllifi kimi tanınan xalq yazıçısı Əzizə Cəfərzadənin anım günüdür. Uşaqlıq və yeniyetməlik illərində təyyarəçi olmaq istəyən Əzizə xanım tarixçiliklə nasirliyi paralel apararaq ən əngin üfüqlərə qanadlanıb.

Yazıçının yaradıcılıq axtarışlarının mühüm uğurlarından sayılan Şirvan trilogiyasında Azərbaycan tarixi yaddaşında əhəmiyyətli yer tutan Şirvan torpağının yetirdiyi ədəbi şəxsiyyətlərin bədii obrazı yaradılıb. Trilogiyanın ilk əsəri "Vətənə qayıt" romanında 18-ci əsrin istedadlı söz ustası Nişat Şirvaninin, ikinci hissəni təşkil edən "Aləmdə səsim var mənim" romanında 19-cu əsrin görkəmli şairi Seyid Əzim Şirvaninin, sonuncu hissəsi "Yad et məni" romanında 20-ci əsrdə yazıb-yaratmış şair Abbas Səhətin həyat və fəaliyyəti təsvir olunmuşdur.

Əzizə Cəfərzadə

Bir çox insan tərəfindən çox tanınan və sevilən "Aləmdə səsim var mənim" romanı qeyd etdiyimiz kimi 19-cu əsrin böyük şairi və maarifçisi Seyid Əzim Şirvaninin həyatından bəhs edir. Əsər şairin maarifə, məktəb açmağa meyil göstərməsi Şirvanda baş verən əhvalatlarla bağlı şəkildə qələmə alınmışdır. Romanda Seyid Əzimin bir maarifçi olaraq formalaşması təsvir olunan dövrün səciyyəvi hadisələri fonunda verilir.

Yazıçılığı ilə ailimliyi birləşdirib tarixi dirildən bu şəxsiyyət keçmişin dərin qatlarını hər kəsin duyub başa düşəcəyi tərzdə çatdırıb.

Nağıla bənzəyən mühitdən çıxmış və ömrü boyu o mühitin cazibəsində yaşayan Əzizə Cəfərzadə Azərbaycan insanına həmin mühitə asudə daxil ola bilməsi üçün körpülər yaradıb. Yazıçı Səyyah Hacı Zeynalabdin Şirvaninin, ustad şair Seyid Əzim Şirvaninin ömür yolunu elə qələmə alıb ki, oxuyanlar sanki bütün hadisələri gözləri ilə görüb, canlı şahidi olur.

Millətinin və yurdunun aşiqi, pərvanəsi olan nurlu insanı hörmətlə anırıq!

Aləmdə Nəsib

Son xəbərlər
Bütün xəbərlər »