Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sabirabadda yük maşını qatarla toqquşub - Foto
Qatarla yük maşını toqquşub

Sabirabad rayonunun Minbaşı kəndində qatarın iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Hadisə Şirvan-İmişli dəmir yolu xəttinin Şirvan-Salyan avtomagistral xətti ilə kəsişdiyi hissədə qeydə alınıb.

Qatarla toqquşan yük maşını İran İslam Respublikasının vətəndaşı, beynəlxalq yükdaşıma həyata keçirən Seyidrəşid Seyidintizara məxsusdur.

APA-nın yerli bürosunun verdiyi xəbərə görə, hadisə nəticəsində maşında olan 30-40 tona yaxın püstənin bir hissəsi yola dağılıb.

Qatarların hərəkəti müvəqqəti dayandırılıb.

Qatarla yük maşını toqquşub

Qatarla yük maşını toqquşub

Paylaş »
››› İtaliyada virusdan rekord sayda insan öldü
››› Neftin qiyməti yenə düşdü
››› Vahid Əhmədov: “Hökumət çörəyin, ətin və şəkərin qiymətini dondurmalıdır”
››› DİN-dən sosial şəbəkədə yayılan məktubla bağlı açıqlama - Foto
››› Əkrəm İmamoğlu: “Çətin günlərin hələ başlanğıcındayıq”
Son xəbərlər
Bütün xəbərlər »