Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şimali və Cənubi Koreyalar arasında növbəri gərginlik: “KXDR-in işğalına hazırlaşırlar”

KXDR Cənubi Koreyanı ikiüzlülükdə və ölkələrarası dialoqu pozmaqda ittiham edib. Şimali Koreya hökumətinə yaxın “Uriminçjokkiri” portalı cənubluları böyük tənqid hədəfinə çevirib.

Bizimyol.info xəbər verir ki, KXDR-i Cənubi Koreyanın ABŞ-la birlikdə hərbi təlimlər keçirməsi özündən çıxarıb. Cənubi Koreya təlimlərdə məhz ABŞ-dan aldığı görünməz F-35A təyyarələrini də sınaqdan çıxarıb.

Portal yazır: “Cənubi Koreya hökuməti məsum görünməyə çalışır. Dialoqdan danışsalar da, başqa cür davranırlar. Cənubi Koreya hökuməti ilə danışılası daha heç nə qalmayıb”.

Cənubi Koreyanın ABŞ-la geniş hərbi təlimləri böhran vəziyyətlərində koreyalıların hazırlığını müəyyənləşdirmək məqsədi daşıyırdı. Rəsmi Pxenyan isə bunu “KXDR-in işğalına hazırlaşırlar” ifadəsi ilə şərh edib. Şimali Koreya buna etiraz olaraq yaxın uzaqlıqlı raketlərin sınağını keçirib.

Son xəbərlər
Bütün xəbərlər »