Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Elm adamları Venerada həyat əlamətləri tapdılar

Yer sakinlərini həmişə bir sual maraqlandırır: başqa planetlərdə həyat varmı? Marsla bağlı suala cavab tapmağa yaxınıq. Elm adamları indi də Venerada həyat əlamətləri tapıblar.

Bizimyol.info xəbər verir ki, yapon alimləri bu planetin səthində gözə dəyən qara ləkənin orada həyat olmasını sübut edəcək element kimi görürlər. Mütəxəssislərin fikrincə, bu formasiyalar planetin iqliminə təsir göstərə bilər. Beləliklə, Veneranın səthində dəmir xlorid, kükürd allotropları və kükürd dioksid tapıblar. Tədqiqatçılar düşünür ki, qara ləkələrdəki hissəciklər Yer atmosferindəki mikroorqanizmlər kimi davranırlar. Buna görə elm adamları Venerada həyat ola biləcəyini düşünürlər.

Amerikalı astrofizik Karl Saqan da təxminən belə fikirdədir. O bildirir ki, 2006-cı ildən 2017-ci ilə qədər planetdən əks olunan günəş işığının miqdarı iki dəfə azalsa da, bu yaxınlarda yenə artmağa başlayıb. Mütəxəssislər bu fenomenə də cavab tapmağa çalışır.

Son xəbərlər
Bütün xəbərlər »