Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakıda gözlənilən sürüşmə və subasma ilə bağlı ekspertdən açıqlama

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin məlumatına əsasən son vaxtlar ölkə ərazisində intensiv yağan yağışlar nəticəsində sürüşmə zonalarında aktivlik müşahidə olunub. Bu vəziyyət daşınmaz əmlaka və nəqliyyat vasitələrinin sığortası məsələsini gündəmə gətirir.

Sığorta üzrə ekspert İlkin İbrahimov bizimyol.info-ya açıqlamasında bildirib ki, uzun illərdir betonlaşma və asfaltlaşmanın sürətlə getdiyi Bakıda hər yağış və qar yağdıqda çökmə, subasma kimi sığorta hadisələri baş verir.

“Hər il payız aylarında respublikamıza xas olan yağıntılar yağmaqdadır. Ölkənin ən böyük şəhəri olan Bakı şəhərində də zaman-zaman yağıntılar yağır. Uzun illərdir betonlaşma və asfaltlaşmanın sürətlə getdiyi Bakıda hər yağış və qar yağdıqda çökmə, subasma kimi sığorta hadisələri baş verir. Bu hadisələrdən qorunmağın bir nömrəli yolu özünüzə məxsus daşınar və daşınmaz əmlakların sığortalanmasından keçir”,-deyə İ.İbrahimov bildirib.

Ekspert deyib ki, əmlakın sığortalanmaması vətəndaşlara və dövlətə zərər vurur: “Düzdür, sənədli evlər sığortalansa da, sənədsiz evlərin, yəni həyət evlərinin sığortası qanunla və risk faktorunun böyük olması səbəbilə sığortalanmır.

Sığortalanmama həm dövlət büdcəsinə, həm də vətəndaşlara qarşılıqlı zərər vurur. Belə ki, Bakıda 400 min evin sənədsiz olduğu bildirilir. Məsəl üçün, hər ev üçün 50 manat sığorta pulu verilsə, kifayət qədər məbləğ dövriyyədə olacaq”.

Ekspert İ.İbrahimov bildirib ki, sənədli evlərin də sığortalanmasına maraq azdır: “Bir sığorta mütəxəsisi kimi vətəndaşlara məsləhətim ondan ibarətdir ki, bacardıqları qədər əmlaklarını sığortalasınlar. Sonrakı mərhələ gec tez həll olunan məsələdir. Hələ yağışlar başlamamış bunu etsələr yağışlar başlayanda rahat olarlar”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »