Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“300 manat maaş alan şəxs toya getmək üçün kriminal iş görür” - Ekspertdən açıqlama
Cari ilin sentyabrın 1-də 950 minədək işçinin minimum maaşı artırılıb.

İqtisadçı ekspert Qubad İbadoğlu Müstəqil Dövlətlər Birliyinin (MDB) Statistika Komitəsinin və digər mənbələrə əsasən bildirib ki, keçmiş sovet respublikaları arasında Azərbaycan aylıq nominal əmək haqqına görə 8-ci yerdədir.

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu Bizimyol.info-ya bildirib ki, minimum maaşın artırılması çalışdığı Azərbaycan Milli Elmlər Akademiyasında və ali təhsil müəssisəsində sevinclə qarşılanıb.

Əhməd Qəşəmoğlu

“Amma bu artım sosial rifahı yaxşılaşdırmaq səviyyəsində deyil. Bu artım müsbət qərar olsa da, arzuolunan vəziyyətə çatmağa imkan vermir. Məsələn, bu artımla insanlar tibbi xidmətlərdən yararlana biləcəkmi? Həkimə getməyin, dərəman preparatların almağın nə qədər xərc tələb etdiyini bilirik”,-deyə sosioloq bildirib.

Ə.Qəşəmoğlu deyib ki, əhalinin xərclədiyi pulları analiz etmək lazımdır: “Əhalinin maliyyə vəsaitinin tənzimlənməsinə ehtiyac var. Məsələn, toy məclisləri sosial bəladır. Maaşından asılı olmayaraq toy hər kəs üçün böyük xərclərdir: Paltar almaq, gözəllik salonu, nəmər... Ona görə də, 300 manat maaş alan şəxs toya getmək üçün kriminal iş görür.

Əhalinin ən çox xərclədiyi qida sahəsində qiymətləri tənzimləmək lazımdır ki əhali çox pul xərcləməsin. Əhalinin maaşı yüksək səviyyədə artırılacaqsa, bazarda pul çoxluğu yaranacaq ki bu da inflyasiyaya səbəb olacaq. Ona görə də, kompleks tədbirlər görülməsə maaş artımının mənası olmayacaq”.

Ramid İbrahimov

Son xəbərlər
Bütün xəbərlər »