Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya İdman Sağlamlıq Sosial-İqtisadi
Sabunçu stansiyasının yaxınlığındakı yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub
Korpu

Bizimyol.info-nun yağışdan sonra Sabunçu rayonu ərazisində yaranmış vəziyyətlə bağlı yaydığı məlumata “Azərbaycan Dəmir Yolları” QSC-dən rəsmi açıqlama gəldi.

Sabunçu stansiyasının 14-cü kilometrin 3-cü piketində yeni inşa olunmuş yeraltı tuneldə dünən gecə və bu gün səhər saatlarında yağan yağış nəticəsində subasma hadisəsi baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC-nin Mətbuat katibliyi şöbəsinin rəisi Natəvan Bayramova “Report”a bildirib ki, yeraltı tunelin tikintisi zamanı Sabunçu rayon ərazisinin illik yağıntı normalarına uyğun olaraq nasosxana quraşdırılıb. Lakin ərazidə işlər yekunlaşmadığından və yağış suyunun çox olması səbəbindən nasosxana suyun uzlaşmasını çatdıra bilməyib: “Buna baxmayaraq, dəmir yolu tərəfindən tədbirlər görülüb, suyu tuneldən uzaqlaşdırmaq üçün əlavə güclü nasos quraşdırılıb və görülmüş tədbirlər nəticəsində yeraltı tuneldən avtomobillərin hərəkəti bərpa olunub".

N.Bayramova bildirib ki, yeraltı tuneldə infrastrukturun qurulması tam başa çatmayıb və “Azərbaycan Dəmir Yolları” QSC tərəfindən podratçı təşkilatdan təhvil alınmayıb. "Lakin yerli sakinlərin xahişi nəzərə alınaraq, nəqliyyat sıxlığınin aradan qaldırılması, eləcə də yanğınsöndürmə və təcili yardım maşınlarının vaxtında mənzil başına çatması məqsədi ilə tunel maşınların hərəkəti üçün açılıb”, - QSC-nin sözçüsü bildirib.

Paylaş »
››› Rayonlara gediş-gəliş bərpa olunacaq - Yeni qaydalar tətbiq ediləcək
››› Şənbə-bazar günləri kimlər bayıra çıxa bilər... - Rəsmi açıqlama
››› Nərminin qətli ilə bağlı cinayət işi: “Dilə gətirə bilmədiyimiz işgəncələr veriblər”
››› 10 yaşlı Nərminin qətlində təqsirləndirilən İlkin Süleymanovun məhkəməsi olub - Video
››› Baş Nazir qərar verdi: Cümə günü saat 14:00-dan məhdudiyyət qüvvəyə minir
Son xəbərlər
Bütün xəbərlər »