Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
NATO Rusiyaya ilk dəfə bu “siqnalı” göndərdi

ABŞ Hərbi Hava Qüvvələrinin radarlara görünməyən B-2 Spirit ağır strateji bombardmançısı ilk dəfə Böyük Britaniya Kral Hava Qüvvələrinin F-3B beşinci nəsil qırıcılarının müşaiyəti ilə uçub. Virtualaz.org xəbər verir ki, müvafiq videokadrları “Daily Military Defense” portaı öz YouTube kanalında yayıb.

Qeyd olunur ki, birgə uçuş avqustun 29-da İngiltərə üzərində ABŞ-ın bombardmançılar qrupunun təlimləri zamanı həyata keçirilib. Bu təlimlər zamanı B-2 Spirit havada Britaniyanın KS-135 Stratotanker yanacaqdolduranından yanacaq götürüb.

“The Drive” portalı birgə uçuşu şərh edərək yazır ki, son illərdə Birləşmiş Ştatlar B-2 və digər ağır bombardmançıların Avropada yerləşdirilməsinə başlayıb. Bu da Rusiyadan qaynaqlanan istənilən potensial təcavüzə qarşı preventiv addımdır və regiondakı müttəfiqləri sakitləşdirməyə hesablanıb.

Böyük Britaniyaya cəmi 3 B-2 Spirit bombardmançısı göndərilib və onlardan biri İslandiyaya uçub. Bununla da NATO “alyansn imkanları barədə Rusiyaya siqnal” göndərmiş olur.

Qeyd edək ki, son illərdə Rusiya öz strateji bombardmançılarının NATO sərhədləri boyu müntəzəm uçuşlarını həyata keçirir. O cümlədən ABŞ hava məkanının yaxınlığında manevrlər keçirir.

Son xəbərlər
Bütün xəbərlər »