Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın G7-nin tərkibinə qayıtması Qarabağ münaqişəsinin həllində yeni perspektivlər aça bilər"

"Rusiyanın G7-nin tərkibinə qayıtması Dağlıq Qarabağ münaqişəsinin həllində yeni perspektivlər aça bilər".

Bunu "Report"un yerli bürosuna Fransanın Avropada Prospektiv və Təhlükəsizlik İnstitutunun prezidenti Emmanuel Dupuy Biarris şəhərində keçirimiş G7 sammitinin yekunlarını şərh edərkən bildirib.

Onun sözlərinə görə, Fransa prezidenti Emmanuel Makron sammit ərəfəsində bir neçə görüşdə Rusiyanın G7-nin tərkibinə qayıtması məsələsinə toxunub: "Fransa prezidenti üç görüş zamanı - Rusiya prezidenti Vladimir Putinlə ilk görüşü zamanı, daha sonra mətbuat konfransında və sonda Parisdə səfirlərlə görüşündə Avropada təhlükəsizliyin yeni arxitekturasında Rusiyanın yeri məsələsinə toxunub.

ABŞ prezidenti Donald Tramp da G7-nin növbəti sammitində Rusiyanın iştirakının mümkünluyü vurğulayıb. Fikrimcə, ATƏT-in Minsk Qrupuna üzv dövlətlərin hər üçünün G7-nin tərkibində olması Dağlıq Qarabağ məsələsinin həllinə müsbət təsir göstərə bilər. Belə ki, Rusiyanın G7-nin tərkibinə qayıtması Avropada təhlükəsizlik məsələlərinin coğrafi əhatəsini genişləndirmək imkanı yaradar. Eyni zamanda Avropada təhlükəsizlik mövzusu Avropa İttifaqı sərhədlərini aşaraq müzakirələrə yeni məsələlərin daxil edilməsinə gətirib çıxarar".

Fransalı ekspert G7-nin beynəlxalq siyasətdəki yerinə də toxun: "Artıq bu qrup günümüzün reallığına cavab vermir. G7 ölkələrinə məxsus ümumi dəyərlər və ortaq iqtisadi təkamül mövcuddur. Lakin bu gün qrupa daxil olan ölkələr dünyada adam başına düşən ümumi daxili məhsulun (UDM) yalnız 47 faizinə sahibdir. Bu baxımdan, artıq qrupun mövcudluğuna ehtiyac yoxdur".

Son xəbərlər
Bütün xəbərlər »