Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Gürcüstanın Baş naziri istefa verib

Gürcüstanın Baş naziri Mamuka Baxtadze istefa verib.

APA-nın yerli bürosu xəbər verir ki, hökümət başçısı bu barədə özünün sosial şəbəkə hesabında açıqlama verib.

“2018-ci ildə Gürcüstanın Baş naziri vəzifəsinə namizədliyimin irəli sürülməsində məqsəd gələcək illərdə dövlət hədəflərimizə çatmağı təmin edən, ölkənin inkişafının bələdçisi olan strateji inkişaf çərçivəsi yaratmaq və həyata keçirmək idi. Strateji inkişaf çərçivəsi yaradıldı, tətbiq olundu və buna görə vəzifəmi bu mərhələdə yerinə yetirdiyimə inandığım üçün istefa etmək qərarına gəldim", - deyə M.Baxtadze qeyd edib.

Qeyd edək ki, ötən gün Gürcüstanın İctimai telekanalı Baş nazir Mamuka Baxtadzenin Daxili işlər naziri Giorgi Qaxaria ilə əvəz olunacağı, İrakli Qaribashvilinin isə Daxili işlər naziri vəzifəsinə qayıdacağı barədə məlumat yayıb.

Son xəbərlər
Bütün xəbərlər »