Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Yeni nazir savadsızlığına görə lağlağıya qoyuldu - Foto

Ukraynanın yeni Təhsil və elm naziri Anna Novosad feysbuk hesabında paylaşdığı mətndə yola verdiyi çoxlu səhvlərə görə müzakirələrə səbəb olub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, buna ilk öncə vəkil Tatyana Montyan diqqət yetirərək mətnin düzəldilmiş formasını öz hesabında yerləşdirib. Bundan sonra sosial şəbəkə istifadəçiləri nazirə bir çox səhvlərinə görə lağ ediblər.

Belə ki, şərhçilərdən biri qeyd edib ki, yeni nazirin biliyini artırmaq üçün bütün şansları mövcuddur. Digər bir istifadəçi isə bildirib ki, o, bu səhvinə görə məktəbdə ciddi cəzalandırıla bilərdi.

Bir qrup vətəndaş isə nazirə dəstək olaraq onun o qədər də çox səhvə yol vermədiyini yazıb.

Xatırladaq ki, A. Novosad 29 avqusta Ukraynanın Təhsil və elm naziri təyin edilib. O, bu postda Liliya Qrineviçi əvəzləyib.

Son xəbərlər
Bütün xəbərlər »