Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Neftçi”nin oyununda dava düşüb - 3 qol və 3 qırmızı vərəqə - Video

Futbol üzrə Azərbaycan Premyer Liqasının 3-cü turunun “Neftçi” - “Sumqayıt” matçında qalmaqal baş verib.

Belə ki, "Bakcell Arena"da "Neftçi" "Sumqayıt"ı qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 33-cü dəqiqədə "Sumqayıt"ın yeni transferi Mehdi Şərifi açıb. O, qapıçı Səlahət Ağayevin kobud oyunundan sonra təyin olunmuş penaltini dəqiq yerinə yetirib. Şərifi bununla da qollarının sayını 3-ə çatdıraraq, bombardir olub.

"Neftçi" bu qola 64-cü dəqiqədə kapitan Emin Mahmudovun dəqiq zərbəsi ilə cavab verib.

83-cü dəqiqədə Murad Xaçayev ikinci sarı vərəqə alaraq, qonaqları azlıqda qoyub.

Qarşılaşmaya əlavə olunmuş dəqiqələrdə “Neftçi” feyr-pleyə əməl etmədən rəqib qapısına yol tapıb. Belə ki, 90+3-cü dəqiqədə “Sumqayıt”ın futbolçusu zədələnərək yerdə qaldığından qapıçı Mehdi Cənnətov topu kənara çıxarıb. Amma “Neftçi” oyunu dərhal bərpa edib və topu rəqibə vermədən qol vurub. Məhz Stiven Monrozun 90+4-cü dəqiqədə vurduğu qoldan sonra meydanda ara qarışıb.

“Sumqayıt”ın kapitanı Vurğun Hüseynov qeyri-etik jest edən Anton Krivotsyukun üzərinə gedərək onun başına sillə vurub. Krivotsyuk ikinci sarı vərəqə, Vurğun isə birbaşa qırmızı vərəqə ilə meydandan qovulub. Gərginlik zamanı “Neftçi”nin məşqçisi Etibar Tarverdiyev də qonaqların çalışdırdıcısı Ayxan Abbasovu vurub. Amma oyun qurtaran kimi Ayxan Etibarın üstünə getsə də, Tarverdiyev onu qucaqlayıb öpüb.

Nəticədə "Neftçi"nin məşqçisi Etibar Tanrıverdiyev "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasovu vurub. Eyni zamanda müdafiəçilər Anton Krivotsyukla Vurğun Hüseynov mübahisə edib. Referi hər iki oyunçunu meydandan qovub.

Son xəbərlər
Bütün xəbərlər »