Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İran Xəzərdə hərbi təlimlərə start verdi

İran ordusunun Hərbi Dəniz Qoşunları Xəzər dənizində “Davamlı Təhlükəsizlik” adlı hərbi təlimlərə başlayıb.

Virtualaz.org bildirir ki, sülh və dostluq müraciəti anlamını daşıyan təlimlərdə məqsəd dənizdə döyüş bacarığının yüksəldilməsidir.

4 gün davam edəcək və 25,8 min dəniz mili ərazisində-İranın ərazi sularında keçiriləcək hərbi təlimlərdə ölkənin gəmi və uçuş vasitələri, o cümlədən esmineslər, torpedalar, qırıcı təyyarələr və helikopterlər, piyada və komandoslar iştirak edirlər.

Xatırladaq ki, İranın Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Hüseyn Xanzadə dünən yerli KİV-ə açıqlamasında bildirmişdi ki, İran və digər Xəzəryanı dövlətlər arasında hərbi əməkdaşlığın genişlənməsi haqqında danışıqlar aparılır. Xəzəryanı dövlətlərin hərbi dəniz qüvvələrinin komandanlıqları arasında növbəti görüş sentyabrda Rusiyada olacaq.

Son xəbərlər
Bütün xəbərlər »