Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Amerikalı qadın təyyarəyə poni ilə mindi – Video

ABŞ-da sərnişin Çikaqodan Omahaya uçuş zamanı stressi dəf etmək üçün təyyarəyə özü ilə poni götürüb.

Şahidlər qeyri-adi sərnişini videoya çəkiblər.

“Biz hərbçilər, üç yaşına qədər uşaqları olan ailələr, eləcə də atlarla səyahət etmək istərdik”,-Evan Novak adlı sərnişin videonu istehza ilə şərh edib.

Bir müddət sonra digər sərnişinlər Omaha hava limanında poni ilə gəzən qadını görüblər. Xanımın davranışına əsasən, aerofobiyadan əziyyət çəkməsinə baxmayaraq, uçuşu əla keçirib.

Xatırladaq ki, 2010-cu ilə qədər ABŞ qanunvericiliyinə əsasən, qeyri-sabit psixikalı insanlara uçuşu rahat başa vurmağa kömək üçün təyyarə göyərtəsinə xidməti heyvan kimi yalnız itləri götürmək olardı. Lakin uzun çəkişmələrdən sonra hüquqşünaslar “antistress heyvanları” siyahısına pişik və poniləri də sala biliblər. Yeni norma cari ilin 15 avqust tarixindən qüvvəyə minib. (Oxu.az)

Son xəbərlər
Bütün xəbərlər »