Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Məşhur Naim Süleymanoğlunun ailəsində miras davası: Qızıl medalları yoxa çıxıb

Türkiyə idmanının ən böyük simalarından biri, ağırlıqqaldırma üzrə olimpiya, dünya və Avropa çempionu Naim Süleymanoğlu iki il əvvəl rəhmətə gedəndən bəri adı ətrafında qalmaqal səngimir. Mərhum çempionun ailəsində miras davası gedir.

Bizimyol.info xəbər verir ki, Naim Süleymanoğlunun qızları və qardaşı ondan qalanları bölə bilmir. Əvvəlcə qızları Sezin, Esin və Nilayın adı çəkilirdi. Sonra Naimin yapon sevgilisindən də qızı olduğu ortaya çıxdı. Beləcə, DNT testi ilə olimpiya çempionunun övladı olduğunu sbuta yetirən Zekai Mori mirasdan pay istədi və ağırlıqqaldıranın sərvəti dörd yerə bölündü.

Amma bu dəfə başqa problem ortaya çıxıb. Naim Süleymanoğlunun dünya və Avropa çempionatlarında qazandığı 13 medal yoxa çıxıb. Bunlardan 11-i qızıldır.

Mərhumun qardaşı, 1992-ci il olimpiadasının iştirakçısı Məhərrəm Süleymanoğlu Naimin olimpiya oyunlarında əldə etdiyi üç qızılın onda olduğunu, müvəqqəti film çəkən şirkətə verdiyini etiraf edir. Məhz Məhərrəmi medalların arxasına keçməkdə qınayırdılar. Amma olimpiya çempionunun qardaşı qalan medallardan xəbəri olmadığı deyir.

Xüsusilə Sezin və Esin medallara iddia edir. Süleymanoğlunun Büyükçekmecedəki evində axtarış aparılacaq.

Son xəbərlər
Bütün xəbərlər »