Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Əsəd ən nüfuzlu qohumunu oğluna görə ev dustağı etdi

Suriya Prezidenti Bəşər Əsəd özünün yaxın qohumu Rami Maklufu ev dustaqlığına məhkum edib.

Axar.az xəbər verir ki, bu məlumatı “San” qəzeti yayıb. Buna əsas səbəb Maklufun oğlu Məhəmməd Maklufun sosial şəbəkələrdəki davranışı olub. Məhəmməd Makluf sosial şəbəkələrdə bahalı maşınlarının, yaxtalarının və özəl villalarının fotolarını paylaşıb. Məhəmməd Maklufun bu addımı yerli KİV-lərdə həm ona, həm də ailəsinə qarşı kəskin tənqidlərə səbəb olub.

Qeyd edək ki, Rami Makluf Suriyada ən nüfuzlu şəxslərdən biri sayılır. Böyük biznesə sahib olan Makluf demək olar ki, bütün sahələrə yatırım edib. Hazırda sərvəti 6 milyard dollar hesab edilir.

Son xəbərlər
Bütün xəbərlər »