Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov istefa verib

“Qəbələ”nin baş məşqçisi Sənan Qurbanov postundan getdiyini açıqlayıb. Bizimyol.info xəbər verir ki, o, istefasını Azərbaycan Premyer Liqasının 3-cü turunun “Keşlə” ilə ev oyunundakı ağır məğlubiyyətdən (0:4) sonra açıqlayıb:

“Oyun haqda danışmayacağam. 2011-ci ildən “Qəbələ”dəyəm, təcrübəli mütəxəssislərlə çalışmışam. Bütün rəhbərliyə təşəkkürümü bildirirəm. Uzun illər idi buradaydım, bu klub mənim üçün doğmalaşıb. Avropa Liqasının qrup mərhələsində çıxış etdik, ilk titulumuzu qazandıq. Bu şəhər mənim üçün doğmadı. Fariz Nəcəfov başda olmaqla hər kəsə minnətdaram. İstefa verirəm”.

Qeyd edək ki, Sənan Qurbanov Roman Qriqorçukun istefasından sonra komandaya rəhbərlik edirdi.

Son xəbərlər
Bütün xəbərlər »