Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ərdoğan xəbərdarlıq edib: "Bizim vaxtımız və səbrimiz qalmadı"

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya sərhədində təhlükəsiz zona mövzusunda ABŞ-a sərt mesajlar ünvanlayıb.

APA-nın yerli bürosunun xəbərinə görə, Türkiyə Prezidenti hərbi məktəblərin diplom təqdimetmə mərasimində çıxış edərkən bildirib ki, bir neçə həftə içində Türkiyənin şərtləri daxilində bölgəyə nəzarət mümkün olmasa, yeni hərəkət planını işə salacaqlar: “Bizim çox vaxtımız və səbrimiz qalmadı. 3 həftə içində ABŞ ilə ortaq təmaslarımızın son fürsətidir. 450 kilometr xətt boyunca 30 kilometr dərinliyə sahib təhlükəsiz zona yaratmaq təklifimiz daxilində addımlar atılmasa, biz öz başımızın çarəsinə baxacağıq. Bu dəfə də zəhmət çəksin, qarşıdakılar düşünsün”.

Ərdoğan onu da bildirib ki, haqqını ödədikləri F-35 təyyarələri təhvil verilmədiyinə görə Türkiyə lazım olan hər bir addımı atmağa hazırdır: “Rusiyaya səfərimizdən narahat oldular. Əlbəttə, gedəcəyik, müdafiə sənayesinə dair harada nə varsa, onunla maraqlanacağıq. Sabahın Türkiyəsini daha güclü hala gətirəcəyik. Türkiyəni üçüncü dərəcəli, zəif, gücsüz ölkələrlə müqayisə edənlərə kimliyimizi göstərmək bizə borc olsun”.

Paylaş »
››› Rusiya 120 min azərbaycanlını geri göndərmək istəyir
››› Paşinyandan Naxçıvan açıqlaması – “Reytinqini daha da qaldırmağa çalışır”
››› Gəncləşən ölüm və artırılan pensiya yaşı: “Pensiyaçıların hesabına irəli düşmək istəyirlər”
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Hücum diplomatiyasına keçməliyik: Azərbaycanlılar Ermənistana qayıtmalıdır
››› “Şahbaz məhkəmədə Azərbaycan bayrağını təhqir elədi”
››› Paşinyanın Moskvadakı qapalı görüşdən səs yazısı yayıldı
Son xəbərlər
Bütün xəbərlər »