Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Fidan adlı qadın oteldə ərəb turisti qarət etdi

Paytaxtda oğurluq hadisəsi baş verib.

“Report” bildirir ki, hadisə Yasamal rayonunda qeydə alınıb.

Səudiyyə Ərəbistan vətəndaşı, 1992-ci il təvəllüdlü Alqatani Mahmud Yasamal Rayon Polis İdarəsinə bununla bağlı müraciət edib.

O bildirib ki, ötən gecə müştərisi olduğu Yasamal rayonunda yerləşən "Renaissance Palace Hotel"ə Fidan adlı qadını çağırıb. Qadın oteli tərk etdikdən sonra onun dəyəri 500 manat olan qol saatını oğurlayıb.

Hazırda qadın Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən axtarılır.

Son xəbərlər
Bütün xəbərlər »