Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İşlədiyi fermadan 24 baş xırdabuynuzlu heyvan oğurladı - Video

Zərdabda işlədiyi fermadan xırdabuynuzlu heyvan oğurluğunda şübhəli bilinən şəxs saxlanılıb.

Azərtac xəbər verir ki, rayonun Körpükənd kənd sakini 1987-ci il təvəllüdlü Məmmədov Rusif Məhəmmədəli oğlu avqustun 29-da DİN-in “102 xidməti zəng mərkəzi”nə və Zərdab Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, avqustun 24-də ona məxsus fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanının oğurlandığı barədə məlumat verib.

Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Məmmədov Rusif Məhəmmədəli oğluna məxsus Körpükənd kəndi ərazisindəki fermer təsərrüfatından 24 baş xırdabuynuzlu heyvanı oğurlamaqda şübhəli bilinən şəxs - rayonun Allahqulubağı kənd sakini 1992-ci il təvəllüdlü Mahmudov Əşrəf Mahmudəli oğlu saxlanılıb.

Qeyd edək ki, Əşrəf Mahmudov 2019-cu ilin iyul ayının ortalarından bir ay müddətində həmin təsərrüfatda çalışıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »