Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya İrandan PUA-lar almaq istəyir

Rusiya İranda istehsal olunan pilotsuz uçan aparatlara (PUA) böyük maraq göstərir və yaxın gələcəkdə bu aparatlardan almaq niyyətindədir.

AzərTAc xəbər verir ki, bunu İran Müdafiə nazirinin müavini, general Əbdülkərim Bənitərəfi deyib.

Moskvada keçirilən aviasiya sərgisində iştirak edən Ə.Bənitərəfi diqqətə çatdırıb ki, İran da öz növbəsində Rusiyadan hərbi təyyarələr almaq istəyir.

Ekspertlərin fikrincə, ABŞ-ın İrana qarşı sanksiyaları Tehranın Rusiyaya PUA satmasına mane ola bilməyəcək. Çünki Rusiya ABŞ-ın sanksiyalarını qanunsuz hesab edir və buna baxmayaraq, İran ilə bütün sahələr üzrə əməkdaşlığını davam etdirir. O cümlədən hərbi sahədə. ABŞ ilə yanaşı, BMT də İranın silah idxal etməsinə qadağa qoyub. Lakin ABŞ-ın sanksiyalarından fərqli olaraq, BMT-nin qadağası müddətlidir və 2020-ci ildə başa çatacaq.

Paylaş »
››› "Ermənistan ya 818 milyardı ödəsin, ya da Zəngəzuru qaytarsın"
››› Cərimələnən restorana sahib çıxan olmadı
››› Rusiyanın Ukraynaya görə Türkiyəyə təzyiq vasitəsi: hava əlaqəsi dayandırılır
››› Afaq Bəşirqızının oğluna yüksək vəzifə verilib
››› Azərbaycanın peykləri hazırda nə işlə mşğuldur...
››› Ramazan ayında sərt qapanma gəlir: İftar süfrələri qorxuludur, yoxsa diskotekalar...
››› Yerevanda Rusiya generalının qızının meyiti tapıldı
Son xəbərlər
Bütün xəbərlər »