Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avropanın bu kəndində 10 ildir oğlan uşağı doğulmur - Video

Polşanın kəndlərindən birinin rəhbərliyi oğlan uşağı olacaq valideynlərə mükafat vəd edib. İş burasındadır ki, artıq 10 ildən çoxdur ki, bu kənddə ancaq qızlar dünyaya gəlir. Yaşlılar deyirlər ki, Meystse-Ocansk kəndində həmişə qadınlar çox olub, ancaq son illər baş verənlər isə anomaldır.

Traktorçular, yanğınsöndürənlər arasında qızlar var. Doğum evində ancaq çəhrayı konvertlərdən istifadə edilir. Bəs oğlanlar haradadır? Bu sual kənd üçün çox vacibdir. Buna görə yaşayış məntəqəsinin rəhbərliyi oğlan uşağına sahib olacaq valideynlər üçün mükafat elan edib.

Kəndin rəhbəri Raymund Frisçkonun sözlərinə görə, əgər hansısa valideynlərdə oğlan uşağı dünyaya gəlsə, onlara xüsusi üsulla mükafat təqdim ediləəck.

Kənd sakinlərinin böyük hissəsi qadınlardır. Gənc yanğınsöndürmə briqadasında cəmi səkkiz oğlan və 24 qız var. Sonuncu dəfə bu kənddə oğlan uşağı 10 il əvvəl dünyaya gəlib. Hazırda kənddə ən balaca oğlan uşağının 12 yaşı var.

Yerli sakinlər də məmurların mükafatında maraqlıdırlar. Ancaq sakinlər düşünürlər ki, müfakatın nə olacağı açıqlansa, rəqabət daha kəskin olacaq.

Paylaş »
››› ABŞ və Türkiyə Rusiyanı Qarabağdan necə sıxışdırıb çıxaracaq... - Rusiya mətbuatı
››› Diaspor Komitəsinin keçmiş sədrinə məxsus bahalı əmlak əlindən alındı
››› Nazim İbrahimov haqqında sensasiyalı iddialar
››› Türkiyə səfiri Azərbaycanı tərk edib
››› "Hüseyn Abdullayev quru aclıq edir, yəni su da qəbul etmir"
››› Şoyqu: “Qarabağa heç kim gəlməyib”
››› “Qarabağ müharibəsi göstərdi ki, “Bayraktar”lar bizim qırıcılardan daha effektivdir...”
Son xəbərlər
Bütün xəbərlər »