Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novak: "Rusiya Ukrayna və Avropa Komissiyası ilə qaz məsələsinə dair danışıqlara hazırdır"

“Rusiya Avropa Komissiyası və Ukrayna ilə qaz məsələsinə dair üçtərəfli danışıqlar aparmağa hazırdır”.

APA-nın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bunu Rusiyanın Energetika naziri Aleksandr Novak jurnalistlərə açıqlamasında bildirib.

“Biz sentyabrın birinci yarısında görüşməyə hazırıq. Bizim artıq müəyyən qrafikimiz var. Bütün tərəflərə uyğun olan vaxtı seçmək lazımdır. Düşünürəm, görüşün dəqiq tarixi yaxın zamanda razılaşdırılacaq”, - A. Novak deyib.

Məlumata görə, əsas məsələlərdən biri danışıqlarda Ukraynanı kimin təmsil edəcəyidir. Belə ki, bundan öncəki üçtərəfli görüşdə Ukraynanı sabiq Xarici İşlər naziri Pavel Klimkin təmsil edib. Rusiya tərəfi isə danışıqların Ukraynanın Energetika naziri ilə aparılmasında israr edib.

Qeyd edək ki, bundan əvvəl Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidenti Maroş Şevçoviç sentyabrın 16-23-ü arası üçtərəfli görüş keçirməyi təklif edib.

Paylaş »
››› Polis rəisi “haqq” ödəməyən vətəndaşı tutdurdu... – “Əynindəki paltarı cıraraq başından zərbələr endirdilər”
››› Kamil Zeynallı Qarabağ qazisini Maştağada dispanserə yerləşdirdi - Video
››› Məktəb direktorunun qızı: Anamı xəstəxanada öldürüblər... - Fotolar
››› "Qarabağı ermənilər dağıtdı, Bakıda da bunlar..."
››› Rusiya Zəngəzurda hərbi baza yaradır
››› "Şəxsiyyət vəsiqəmə öz şəklini vuraraq 2,5 milyon dollarımı mənimsəyib" - Video
››› Ana oğlunu qorumaq üçün Prezidentə müraciət edib: “Deyirlər, generalı təhqir etmisən”
Son xəbərlər
Bütün xəbərlər »