Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Prezidentin problemli kreditlərin həlli ilə bağlı fərmanının icrası nə yerdə qaldı? Yeni böhran gözlənilir

“Prezidentin problemli kreditlərin yarımçıq həlli ilə bağlı fərmanının icrası bitdi, hökumət bu sahədə bütün problemlərin həll olunduğunu bəyan etməyə, vurğulamağa çalışır. Rəsmi rəqəmlər və trendlər onu göstərir ki, yeni Bank böhranı ölkənin qapısını döyür”.

Bizimyol.info xəbər verir ki, bu fikirləri iqtisadçı ekspert Natiq Cəfərli səsləndirib.

Natiq Cəfərli Natiq Cəfərli

“Azərbaycanda vaxtı keçmiş, problemli kreditlərin məbləği bu il avqustun birinə 1 487,4 milyon manat təşkil edib, bu keçən ayla müqayisədə 0,1% çoxdur - yəni, problemli kreditlərin artması trendi var.

Avqustun 1-nə bankların ümumi kredit portfelində vaxtı keçmiş kreditlərin xüsusi çəkisi 10,9% olub - yəni, bu gün bank sektorunda 11% problemli kreditlər var, dünya təcrübəsi deyir ki, vaxtı keçmiş kreditlər ümumi kredit portfelinin 3%-ni keçsə artıq böhranlı vəziyyət yaranır, bankların vəziyyəti stress-testlərlə yenidən qiymətləndirilməlidir. Bizdə isə bu norma 3 dəfədən çox aşılıb.

Yaxşı, bəs nədən problemli kreditlər artır: Kredit qoyuluşlarındakı artımın böyük hissəsi istehlak kreditlərinin artması ilə bağlıdır - İyun ayının sonu ilə müqayisədə İyulda ev təsərrüfatlarına verilən kreditlər 136,5 milyon manat, ötən ili sonu ilə müqayisədə cari ilin 7 ayı ərzində isə 618,7 milyon manat artaraq 5 milyard 938,3 milyon manata çatıb. Ev təsərrüfatlarına, yəni istehlak krediti kimi verilən kreditlərin cəmi kredit qoyuluşlarında xüsusi çəkisi 43,4%-ə yüksəlib. Yəni, kreditlərin az qala yarısı istehlak kreditləridir, bu isə ölkə iqtisadiyyatının "xəstə" olmasını göstərir”,- deyə bildiirb.

İqtisadçı səbəblərə də aydınlıq gətirib.

“Tamam, bəs nədən belə vəziyyət yaranır? Ölkə iqtisadiyyatı dünyada ən primitiv iqtisadi modellərdən biridir.  Məmləkətdə iqtisadi aktivlik ancaq büdcə xərclərimə və istehlak kreditlərinə bağlıdır - neft satılır, pul büdcəyə gəlir, ordan təmir-tikinti, investisiya xərclərinə və maaşlara yönəlir, investisiya xərcləri həm məmurlar üçün korrupsiya, həm də qara camaat üçün bəsid dolanışıq, dayanlqsız iş yeri mənbəyidir. Sonra məmurlara bağlı banklar yüksək faizlə istehlak krediti verir, həmin məmurlara bağlı iri şirkətlər ölkəyə TV, telefon, mebel, bəyaz əşya gətirir, öz banklarından öz mallarını satmaq üçün qara camaata kredit verib 2 qat pul qazanırlar - belə bir qısır döngə, primitiv model qurulub. Camaat da sabahını düşünmədən kredit götürüb xərcləyir, hökumət isə ümumiyyətlə bu günü qurtarmağa çalışır, bu vəziyyəti iqtisadi artım kimi təqdim edir - bax belə bir epoxada yaşayırıq”

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zelenski Rusiyanın Ukrayna ilə sərhəddən qoşunları geri çəkməsinə münasibət bildirib
››› Daha bir ölkə rusiyalı diplomatları deportasiya edir
Son xəbərlər
Bütün xəbərlər »