Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Oynama, özün ol yetər" - Foto

Çox yaraşıqlı olduğu üçün rejissorlar onu filmə çəkmək istemirdilər - XX əsr qadınlarının aşiq olduğu kişi , heç bir qadının deyil, ölmüş itlərinin yanında basdırılmağı vəsiyyət edən Alen Delon

Bu yaxınlarda keçirilən "Kann" kino festivalında 83 yaşlı Alen Delon "Qızıl palma budağı" mükafatını alarkən göz yaşları içərisində izləyicilərinə vida edərək, sənətdən getdiyini söylədi. Milyonlarla pərəstişkarı ilə vidalaşan bu adam kimidir?

Alen Delon 1935-ci il 8 noyabrda Paris yaxınlığındakı qəsəbədə doğulub. Atasının kinozalı var idi, anasə isə əzcazçı idi. 3 yaşında ərindən ayrılan anası Aleni də özü ilə götürür və o ögey atasının yanında böyüyərək, onun kimi kolbasa ustası olmağı planlaşdırırdı. Tale isə onun üçün başqa planlar qurmuşdu. O aktyor olmağı ağlından keçirmirdi. Dostları ona şəklini kinostudiyaya gönderməyi tövsiyə etdilər. Lakin prodüsser və rejissorlar ona rol vermək istəmirdilər. Hamısının da cavabı eyni idi.

"Alen Delon çox yaraşıqlıdır , istənilən aktyoru və ssenarini kölgədə qoya bilər". Onun parlaq gələcəyini isə amerikalı rejissor Harri Uilson kəşf edir. O amerikalı yaraşıqlı ulduz Ceyms Dini əvəz edəcək sima axtarışındaydı. 1957-ci ildə kinoda debütün edən aktyordan yalnız bir şey istədilər - "Oynama, özün ol yetər". Onun ekranlara çıxması ilə minlərlə qadının sevgisini qazanması bir oldu. "Hər kəs mənə dəli kimi aşiq olurdu",- deyə çox sonralar ulduz aktyor bildirəcək. Bütün dünyadan milyonlarla sevgi məktubları gəlirdi, onu görüb heyran olmayan demək olar ki yox idi. O isə...  Onun həyatında iki ən sevdiyi qadın və heyvanlar əvəzsiz iz buraxı. İlk sevgilisi dünya gözəli Romi Şnayder oldu. Onlar ilk dəfəeyni filmdə sevgili rolu oynayarkən bir-birlərinə nifrət edir, yola gedə bilmirdilər. Amma daha sonralaq bu nifrət sönməz sevgiyə çevrildi. Romi intihar edənə qədər.

Deyilənə görə Rominin ölümünə səbəb ərini yataqda başqa kişiylə tutması olmuşdu. Lakin bu hadisə belə Alen Delonun şöhrətinə kölgə salmadı. Bir müddət sonra onun həyatına aktrisa, model və rejissor Mirey Dark daxil olur və bu sevgi 13 il davam edir. Çoxları Mireyi Delona yaraşdırmır, qısqanclıq edirdi. İndi məşhur ulduz insanlardan çox heyvanlarla birlikdə olmağa üstünlük verir. Evində 8 köpək saxlayır. Dediyinə görə itlər ona qayğıya möhtac uşaqları xatırladır. Alen hətta ən məşhur vaxtlarında, gəncliyində belə qışda böyük hərbi kurtkada gəzirdi ki, küçədə donan it və pişikləri qucağına alıb, isidə bilsin.

"İtlər məndə dünya şöhrətli aktyoru yox, sadəcə səmimi dostu görürlər və mən onların etibarına inanıram"-Alen Delon belə deyir. O öldükdən sonra villasının həyətində basdırdığı 35 köpəyinin yanında basdırılmağı vəsiyyət edib. Aktyor evsiz heyvanların bəsləndiyi 5 heyvanxanaya sahibdir. Heyvan sevgisini izah etmək üçün bunu demək yetər ki, bir dəfə ölməkdə olan pişiyi məşhur veterinara çatdırmaq üçün onu helikoperlə başqa bir şəhərdən Parisə gətirdib.

O heyvanların müdafiəsi üçün ayrıca vəkil tutub və bu sahənin inkişaf etdirilməsi uğrunda aksiyalar keçiririr. Bir dəfə aktyora demişdilər ki, həyata yenidən gəlmək istəsə kim olmaq istəyərdi. Onun cavabı belə oldu - "Alen delonun iti". Məhz bu ötən əsrin ən məşhur və sevilən kişisinin obrazı arxasında əsl insan ruhunun dayanmasından xəbər verir.

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »