Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycan çempionu: “Bir döyüşçünün qolu qədər ağlı da güclü olmalıdır”

Bu gün onun 33 yaşı tamam olur. Bizİmyol.info-nun qonağı çoxmübarizəli idman döyüş növü üzrə Azərbaycan çempionu, Dünya Çempionatının II yer mükafatçısı Aqil İsmayılovdur. İsmayıllı rayonunun Kürdmaşı kəndinin yetirməsidir. İdman yolu da doğulduğu kənddə 2002-ci ildə karate ilə başlayıb.

Aqil İsmayılov

- Karate ilə başladınız , necə oldu ki, çoxmübarizəli idman növünə keçdiniz? Çoxmübarizəli döyüşün məsələn kinq boksinqdən nə fərqi var?

- Karatedə uğurlarım da var idi, yaxşı nəticələr göstərmişdim. Hər şey getdiyim idman zalının bağlanmasından sonra oldu. Universitetdə oxuyanda getdiyim məşq zalımız təmirə bağlanmışdı, yaxınlıqda isə çoxmübarizəli döyüş idman növü zalı fəaliyyətdəydi, ora getdim və beləcə bu idmandan ayrılmaz oldum. Çoxmübarizəli idman növündə bütün döyüş növlərinin elementlərindən istifadə olunur, cuicutsu, sambo, karate, kinq boksinq, boks, güləş. Bu idman növünün çempionaltrlarında tüfəng atma, bıçaqoynatma kimi mərhələlərdən də keçirik. İdmançılar rezin bıçaqlarla bir-birlərinə zərbə yetirməyə çlışırlar. Çempionatlarda bu zərbələrə daha çox xal verilir. Bu idmanda xəsarət almaq ehtimalı çox yüksək olduğu üçün Olimpiya idman növləri siyahısına daxil edilməyib.Ümid edirik ki daxil edilər.Yarışlarda federasiyalar arasında həmrəylik olur , yəni digər federasiyaların döyüşçüləri də çoxmübarizəli idman növü üzrə yarışa bilərlər. Xüsusi qaydalar yoxdur. Bu idman əsasən xüsusi təyinatlılara və bu kimi spesifik sahələrdə çalışanlara öyrədilir.Yəni ordan gəlib.

- Qızlar da varmı?

- Yox hılə ki, bu sahədə qızlar yoxdur?

- Dünya Çempionatında ikinci yerə çıxdınız. Rəqibləriniz çoxmu güclü oldu?

- Əslində birinciliyə iddialı idim.Sadəcə balaca bir xətaya görə belə alındı.Qeydiyyat zamanı məni səhvən 22 yaş deyil, 26 yaş qrupuna yazmışdılar. Çox təcrübəli peşəkar döyüşçülərlə döyüşməli oldum. Birincilik olmasa da ikinci yeri qazandım.

- Ən sevdiyiniz idmançı kimdir?

- Tayson, özümüzkülərdən Eduard Məmmədov Rəfael Agayev. Azərbycanın döyüş və güləş idman növləri üzrə çox güclü idmançıları var

- Hazırda siz də məşqçi işləyirsiz.Yetirmələriniz var. Eşitdiyimə görə bir çox federasiyalarda idmançıların önə çəkilib rüşvət alınaraq daha zəiflərin döyüşlərə göndərilməsi halları olur.

- Bəzən ola bilir. Amma gərək beynəlxalq yarışa qatılan döyüşçünün də ağlı ola . Birdən gedib orda erməni döyüşçüyə uduzub gəlsə nə olacaq? Ölsə ondan yaxşıdır. Həm insanın vicdanı buna yol verməməlidir.

Aqil İsmayılov

- Sizcə döyüşdə qol gücünüzlə qələbə çalırsınız, yoxsa ağlınızla?

- 50-nin 50-yə. Döyüşçü anı dəyərləndirməli, sürətli qərar verməli strategiya yürütməlidir. Təbii ki, qol gücü və bildiyi fəndlər də çox önəmlidir.

- Döyüşlərdən üz gözünüz şişmiş, xəsarət almış halda gələndə ananız “bunu burax, yetər “deyir?

- Yox. Əslində ən böyük stimul verənim anamdır. Məşqlərimi axsadanda danlayır ki, niyə getmirsən? Buna duyqusal yanaşmır .Bilir ki, bu bir işdir.

- Bəs öz övladınızın boksçu və ya çoxmübarizəli idman növündə olmasını istərdinizmi? Zədələnmək, xəsarət almaq ehtimallarının yüksək olduğunu bildiyiniz halda?

- Əlbəttə istərdim. Bu idmana qoşulan uşaqlar zərbədən qorxmamalıdırlar.Cəsarətli olmalıdırlar. Əsl kişi işidir.

Aqil İsmayılov

- Bəs özünüzü müdafiə üçün və ya əsəbləşib öz döyüş texnilkanızdan istifadə etmisiniz? Hər halda döyməyi hamıdan yaxşı bilirsiniz.

- Yox. Çalışıram ki sülhlə yola verim. Hətta qarşımdakı özünü qalib gəlmiş hesab eləsə belə, danışmağa, məsələni sözlə həll etməyə çalışıram. Belə hallar çox az olub.3-4 dəfə.

- Bəs gələcək xanımınız döyüş idman növlərindən biri ilə məşğul olsa necə?

- Yox bunu istəməzdim. İdmançı xanımlara hörmətim var. Qadının öz karyerasını qurması, həyatını sığorta altına alması lazımdır hətta vacibdir. Amma mən xanımımın döyüşçü olmasını istəməzdim. İki qoçun başı bir qazanda qaynamaz( gülür).

İlhamə Rəsulova

Son xəbərlər
Bütün xəbərlər »