Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Avtomobildən oğurluq edən şəxs saxlanılıb

Gəncə şəhər Baş Polis İdarəsinin Nizami rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakininə məxsus “VAZ 2107” markalı avtomobildən oğurluq edən şəxs saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan APA-nın yerli bürosuna verilən məlumata görə, aparılan araşdırmalarla müəyyən edilib ki, avqustun 21-də vətəndaşa məxsus avtomobildən 520 manat dəyərində “Xiaomi Redmi Note 7” markalı telefon və 810 manat nağd pul oğurlanıb. Davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhər sakini 29 yaşlı Seymur Məmmədov saxlanılaraq maddi sübutla birlikdə istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər
Bütün xəbərlər »