Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tramp Merkelin dəvəti ilə Almaniyaya səfərə hazırlaşır

ABŞ prezidenti Donald Tramp Almaniya kansleri Angela Merkelin dəvətini dəyərləndirərək, bu ölkəyə səfər etmək niyyətində olduğunu deyib. Ancaq o, səfərin vaxtı barədə məlumat verməyib.

APA “TASS” agentliyinə istinadən xəbər verir ki, amerikalı lider bu barədə Kemp-Deviddəki iqamətgahına getməzdən əvvəl Ağ Evdə jurnalistlərlə görüşərkən deyib.

“Mən Polşaya bir az gec getməyə hazırlaşıram. Bizim Polşa ilə çox yaxşı münasibətimiz var və biz ora mütləq gedəcəyik. Angela Merkel məni Almaniyaya səfərə dəvət edib. Hansısa mərhələdə biz bunu reallaşdıracağıq”, - prezident belə deyib.

Qeyd edək ki, Tramp Polşaya 1-2 sentyabr tarixlərində getməli idi. ABŞ lideri bu səfərini ölkəyə yaxınlaşan qasırğalar səbəbindən təxirə salıb.

Paylaş »
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Sirli xalq - qaraçılar: Azərbaycanda harada və nə qədərdir...
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Məşhur romanda yazılanlar dünyada necə reallığa çevrilib...
››› İntiar etmək istəyən gənc qızı ustalar ixilas edib
››› Gəncədə məktəb direktoru COVID-19-dan dünyasını dəyişib
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
Son xəbərlər
Bütün xəbərlər »