Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Donald Tramp Federal Ehtiyatlar Sistemini yenidən tənqid edib

ABŞ Federal Ehtiyatlar Sistemi (FRS – Federal Reserve System) tərəfindən istinad faiz dərəcəsinin daha da azaldılması birja indekslərinin son vaxtlar ən böyük artımına gətirib çıxaracaq.

“Report” xəbər verir ki, bu barədə “Twitter”dəki səhifəsində yazı paylaşan ABŞ prezidenti Donald Tramp dolların xüsusilə də avro qarşısında güclənməsi nəticəsində ABŞ məhsullarının rəqabətdə uduzduğunu qeyd edərək, bununla bağlı FRS-yə irad tutub:

“Avro dollara qarşı dəli kimi aşağı düşərək onlara ixracat və istehsalatda böyük üstünlük qazandırır... FRS də Heç nə etmir! Bizim dollar indi tarixən ən güclü nöqtəsindədir. Qulağa yaxşı gəlir, elə deyilmi? Birləşmiş Ştatlardan kənara satmaq üçün məhsul istehsal edənlərdən başqa hamı üçün”.

“Bizim tarif problemimiz yoxdur (səriştəsiz və (ya) ləyaqətsiz oyunçuları yerinə oturduruq), bizim FRS problemimiz var. Əllərindən heç nə gəlmir!” – deyə qeyd edən ABŞ lideri əvvəllər də istinad faiz dərəcəsini azaltmaq istəməyərək ölkəyə xarici kapitalların axınına, dollara tələbatın artmasına və beləcə başqa valyutalar qarşısında güclənməsinə rəvac verdiyi üçün FRS-i dəfələrlə tənqid etmişdi.

Paylaş »
››› Xəstəxanaların can bazarı – Çalış ölmə!
››› “Ermənistanın Zəngəzur dəhlizini açmaması Rusiyaya qarşı demarş olar”
››› Rusiya və Çexiya arasında diplomatik qalmaqal böyüyür
››› “Zəngəzur namus məsələsidir, güzəşt etmək olmaz”
››› Qərbin hədələri Kremli qorxutdu: Qoşunlarını geri çəkir...
››› Ölkə ərazisindən keçən yük maşınlarına qoyulan 700 dollar tələbi…
››› Zirəddin Rzayev: “Pandemiyanın bitməsi üçün insanlara bir şərt qoyulacaq: çipləşdirmə" - Video
Son xəbərlər
Bütün xəbərlər »