Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Yuventus” Şimali Koreyadan futbolçu aldı

Şimalikoreyalı Xan Kvan Son karyerasını “Yuventus”da davam etdirəcək. Onun transferi İtaliya klubuna 5 milyon avroya başa gəlib.

Bizimyol.info xəbər verir ki, Xan Kvan Son yaxın günlərdə məşhur klubla məşqlərə başlayacaq. Onun ilk vaxtlarda gənclər komandasında forma geyinəcəyi gözlənilir. Amma zamanla şimalikoreyalı A seriyasında da görünəcək.

20 yaşlı futbolçu İtaliyaya 2017-ci ildə gəlib. Xan buna qədər Şimali Koreyada “Çobyon” klubunda çıxış edirmiş. O vaxt hücumçunun “Kalyari”yə transferi baş tutub. Lakin şimalikoreyalını “Peruca”ya icarəyə veriblər.

Xan Kvan Son axırıncı mövsümü B seriyasında keçirib. Şimalikoreyalı meydana çıxdığı 20 oyunda 4 qol vurub.

Son xəbərlər
Bütün xəbərlər »