Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda dəhşətli qəza: 3 ölü, 4 yaralı

Bu saatlarda Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən 80-ci km-də 3 avtomobilin toqquşması ilə nəticələnən ağır zəncirvari qəza baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 1 TIR və 2 minik maşınının toqquşması nəticəsində azı 3 nəfər hadisə yerində dünyasını dəyişib , 4 nəfər isə xəsarət aldıqlarından Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda qəzada ölənlərin və yaralıların şəxsiyyəti dəqiqləşdirilir.

Hadisə yerində tıxac yarandığından DYP əməkdaşları yolun açılması üçün tədbirlər görürlər.

Qəzanın təfərrüatları barədə əlavə məlumat veriləcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »