Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Tarixin ən ağır həbs cəzaları

ABŞ-da tez-tez məhkumlara qeyri-adi həbs cəzalarının verilməsinə rast gəlinir.

"Qafqazinfo" xəbər verir ki, belə cəzaların müddətini başa vurmaq üçün insan ömrü yetərli deyil.

Məsələn, təcüvüzkar Çarlz Skott Robinson sübut olunmuş hər bir azyaşlını zorlamaya görə 5 min il həbs cəzası alıb. Ümumilikdə 30 min il həbs cəzası alan Robinson bu göstəriciyə görə Ginnnesin Rekordlar Kitabına düşüb.

1996-cı ildə Oklohama ştatında Allan Ueyn MakLorin 12 750 il müddətinə azadlıqdan məhrum edilib. O, adam oğurlamaqda və təcavüzdə ittiham olunub. Ona bu işdə Darron Anderson kömək edib. Həmin şəxs 1993-cü ildə 2200 il həbs cəzasına məhkum edilib. Lakin Anderson bu hökmlə razılaşmayaraq işə yenidən baxılmasını istəyib. Amma bu, ona baha başa gəlib. Belə ki, Andersonun işinə yenidən baxan məhkəmə bu dəfə ona 11 min il həbs cəzası verib.

"Kloun qatil" ləqəbli Con Ueyn Qeysi tarixin ən qəddar manyakları siyahısına düşüb. O, 70-ci illərdə 33 gənc oğlanı qaçıraraq zorlayıb və öldürüb. Buna görə o, 12 ölüm cəzası və 21 ömürlük həbsə məhkum edilib.

1994-cü ildə Qeysi barəsində ölüm cəzalarından biri tətbiq edilib və o, iynə ilə öldürülüb.

Sözügedən cəzalar təkcə ABŞ-da məşhur deyil. 1989-cu ildə Taylandda dələduz qadın Çamo Txipyaso və onun əlbir olduğu 7 nəfərə 141 078 il azadlıqdan məhrum edilmə cəzası verilib. Onlar bank əməliyyatları vasitəsiylə genişmiqyaslı maxinasiyalarda ittiham olunublar. Bu hadisə də Ginnesin Rekordlar Kitabına daxil edilib.

Fələstindən olan Abdulla Qaleb Al-Barquti isə israillilərə qarşı çoxsaylı terror aktlarının təşkilatına görə 67 ömürlük həbs cəzasına məhkum olunub.

Paylaş »
››› Müharibə bitib, diplomatik savaş ən qaynar fazaya keçib
››› “Yaşın çoxdur deyib işə almırlar, yaşın azdır deyib pensiya vermirlər”
››› Qərb mətbuatı: “Türk dronları Azərbaycana qələbə gətirdi”
››› Müavinət, təqaüd və kompensasiyanın təyin olunması üçün müraciət qaydası dəyişir
››› “Tıq-tıq” nağıllarını Tiktok rüsvayçılığı əvəz edəndən sonra..
››› Laçındakı Həkəri körpüsü erməni şirkəti tərəfindən təmir edilir…
››› Çexiyadan Aİ və NATO-ya üzv ölkələrə çağırış
Son xəbərlər
Bütün xəbərlər »