Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bombadan qaçan minlərlə suriyalı Türkiyə ilə sərhədə sığındı - Video

Suriyada döyüşlər səngimədikcə Türkiyəyə üz tutanların sayı da artır. Bəşər Əsəd rejiminin bomba hücumuna məruz qalan minlərlə suriyalı yenə Türkiyə ilə sərhədə üz tutub.

Bizimyol.info xəbər verir ki, Bab əl-Həva sərhəd-keçid məntəqəsinə suriyalıların böyük axını olub. Sərhədi qanunsuz keçməyə cəhd edənlər də tapılıb. Türkiyə sərhədçiləri mümkün qədər bunun qarşısına almağa çalışıb.

“İhlas” xəbər agentliyinin yaydığı görüntülərdə bomba hücumunun böyük ərazini əhatə etdiyi nəzərə çarpır. Ciddi zərər görən, evləri dağıdılan adamlar çıxış yolunu Türkiyəyə keçməkdə görüblər. Fotolarda suriyalıların daha çox motosikletlərlə, avtobuslarla, hətta piyada gəldiyi diqqət çəkir.

Sərhəd-keçid məntəqəsi məhz Suriya tərəfdən Bab əl-Həva adlanır. Türkiyə tərəfi bura “Cilvəgözü” adı verib.

Paylaş »
››› Türkiyə serialında yanlışlıq: Azərbaycan ərazisi Ermənistan kimi göstərildi - Video
››› Çinlə İran arasında 450 milyardlıq müqavilə region üçün hansı təhdidi yaradır...
››› Azərbaycanda son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
››› Türkiyə səfiri Ermənistan prezidentinin Gürcüstandakı təxribatına cavab verdi
››› Azərbaycanda qadın bacısını bıçaqladı
››› Aprelin 19-na olan hava proqnozu
››› Ermənistanın müharibədə öldürülən 71 hərbçisinin qeydiyyatsız dəfni məlum oldu
Son xəbərlər
Bütün xəbərlər »