Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Lukaşenko gözəl qızlarla qarpız toplayır - Video

Belarus prezidenti Aleksandr Lukaşenko kənd təsərrüfatına xüsusi əhəmiyyət verir. Əvvəllər onun kartof əkdiyinin şahidi olmuşuq. Lukaşenko bu dəfə qızlarla qarpız toplayıb.

Bizimyol.info xəbər verir ki, Belarus prezidentinə mətbuat katibi Natalya Eysmont və iş protokolu xidmətinin qızları kömək edib. Lukaşenkonun rəsmi saytı bununla bağlı video yerləşdirib.

Prezidentin mətbuat xidməti bildirir ki, günəşli günlərin azlığından məhsul az olub. Belarusda cəmi 20 ton qarpız yığıblar.

Lukaşenko ABŞ prezidentinin təhlükəsizlik məsələləri üzrə məsləhətçisi Con Boltonla görüşdən dərhal sonra tarlaya yollanıb. Amerikalı məmur görüşü nəticəsiz adlandırmışdı. Üstəlik, əlavə etmişdi ki, ölkələrarası problemlərin müzakirəsi çox vacibdir.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »