Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qonşu ölkədə yay tətilini oktyabra qədər uzatmaq istəyirlər

Rusiyada sovet təhsil sisteminin ümumi cizgilərinə toxunmayıblar. Dərslər mayın sonlarında bitir, yeni tədris mövsümü sentyabrın 1-də başlayır.

Bizimyol.info xəbər verir ki, Rusiyada yay tətilinin vaxtını artırmaq istəyirlər. Dövlət Dumasının deputatı Vasili Vlasov belə təşəbbüslə çıxış edib. O, dərslərin oktyabrın 1-də başlamasını uyğun sayır. Vlasov pilot layihə haqda danışıb. Əvvəlcə Xabarovsk və Primorsk vilayətlərində başlamağın məqsədəuyğunluğunu bildirib.

Vlasov baş nazirin müavini Tatyana Qolikovaya bununla bağlı məktub da göndərib. Deputat məktubunda məktəblilərin çox yükləndiyini yazıb. Onun fikrincə, tətil cəmi iki ay sürür, çünki imtahanlar iyulun əvvəllərində bitir. Vlasov, üstəlik, məktəblilərin və tələbələrin bəzisinin yayda işlədiyini vurğulayıb.

Deputat tətilin uzadılmasının turizm sektoruna da fayda verəcəyini düşünür. Çünki valideynlər uşaqlarını istirahət üçün ölkənin cənubuna daha çox apara biləcəklər.

Bir müddət əvvəl Rusiya baş naziri Dmitri Medvedev dörd günlük iş həftəsinə keçidin mümkünlüyündən söz açmışdı. Bu halda dərslər də həftədə dörd gün olacaq.

Son xəbərlər
Bütün xəbərlər »